Gəlirlərin azalması nəticəsində


Baxıldı : 260

Tarix : 2015-01-31 05:02:00


\ Air France\ aviaşirkəti növbəti üç il ərzində 800 əməkdaşını işdən azad edəcək. Onların arasında 500 nəfər hava limanı işçiləri, 300 nəfər isə ekipaj heyəti nümayəndələri var.Unsa Həmkarlar İttifaqı nümayəndəsinin sözlərinə görə, ixtisarlar gəlirin azalması ilə bağlıdır. Uzun müddətdir ki, şirkət yaxşı maliyyələşdirilən Fars körfəzi ölkələrinin və həmçinin Avropanın aşağı qiymətli aviaşirkətləri ilə rəqabət apara bilmir.Xatırladaq ki, son üç ildə \ Air France\ nin 8 min işçisi ixtisara salınıb.Elçin ZAKİRİ