Gənc ailələrə pediatrdan təklif


Baxıldı : 187

Tarix : 2016-01-16 04:16:00


Pediatr Vaqif Qarayev körpəsi olan valideynlərə çətin iqtisadi şəraitdə maraqlı antiböhran təklifi irəli sürüb. Həkim böhranla bağlı son vaxtlar körpə uşağı olan valideynlərin ən çox pampersin və süni uşaq qarışıqlarının bahalığından şikayət etdiklərini vurğulayaraq onları bələməyi məsləhət görüb. Bu barədə şikayətlər var, anlaşılandır, çünki indiki gəlirlərlə maddi baxımdan çətinlik çəkirlər. Uşaqlarınızı bələyin! Bu məsələ bu gün də mübahisəlidir. 20-30 il əvvəl çox qızğın mübahisələr gedirdi. Amma təəccüblü olan o idi ki, bələyin əleyhinə olan psixoloqlar, sosioloqlar, pediatrlar özləri bələklə böyüyüblər. Bəli, indiki uşaqların fizioloji oyanıqlığını nəzərə alsaq bələk o qədər də uyğun vasitə deyil. Amma siz 50-60 il bundan əvvəlki kimi kip bələməyin. Uşaqlara bütün mənalarda azadlıq vermək lazımdır. Əlləri və ayaqları sərbəst qalsın. Kip bələk normal yuxu rejimini pozacaq, uşaq yeməkdən imtina edəcək. Həm də son vaxtlar uşaqlarda bud-çanaq oynağının displaziya halları artdığına görə ayaqlarını bir-birinə kip yapışdırmaq məsləhət deyil. Ancaq əllər və ayaqlar sərbəst qalanda bu problemlərin yaranma ehtimalı azalır. Gecə axırıncı yedizdirmədən sonra kip bələyə bilərsiniz. V. Qarayevin sözlərinə görə, bələyin əleyhinə olan arqumentlər indiki durumda keçərli deyil: \ Ona görə uşaqlarınızı çəkinmədən bələyə (kip yox) bilərsiniz. Bu işdə sizə nənələr də yardımçı ola biləcək\ .Xalid AZƏR