Gənc müəlliflər müsabiqədə iştirak edib


Baxıldı : 213

Tarix : 2016-02-19 04:12:00


İstanbulda Beynəlxalq Hekayə Festivalı müsabiqə əsasında 2500 gənc müəllifin hekayəsi arasından seçilən ədəbi nümunələrin qiymətləndirilməsini həyata keçirir.Festivalda fəxri qonaq qismində Azərbaycanı yazıçı Afaq Məsud təmsil edir. Tədbirin İstanbulun Beynəlxalq Kültür Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Afaq Məsud ədəbiyyatın xalqlar və ölkələrarası qarşılıqlı anlaşmada əhəmiyyətli rolundan, bədii sözün, duyğunun, fikrin sərhədsizliyindən danışıb. İstanbulun İhsan Mərmərci Anadolu Liseyində təşkil edilən tədbirdə yazıçının türk dilində \ Sərçələr\ hekayəsi səsləndirilib, daha sonra məktəbin müəllim və tələbə heyətinin iştirakı ilə diskussiya keçirilib.Tədbir çərçivəsində proqram İstanbul Kültür Mərkəzində \ Öyküokumaları\ , \ Əsl hekayə bundan sonra başlanır\ , \ Müasir dövrdə hekayənin rolu\ adlı panellərdə məruzələr və müzakirələrlə davam etdirilib.Cavid SƏFƏROV