Gəncə pəhləvanları...


Baxıldı : 339

Tarix : 2015-02-14 04:39:00


daha hazırlıqlı idilərFevralın 6-7-də Bakıda sərbəst güləşi üzrə yeniyetmələr arasında \ Zenit\ Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin açıq birinciliyi keçirilmişdir. Birinciliyə Cəmiyyətin Bakı və Gəncə şuralarından, \ Həyat\ , \ Dinamo\ , \ Təhsil\ , Mərkəzi Orbu İdman klublarından 94 pəhləvan iştirak edirdi. \ Zenit\ BTİC-nin Qaradağ Şurası bu yarışlara ayrıca komanda ilə qatılmışdı. Birincilikdə Cəmiyyətin Gəncə Şurasının yetirmələri yarışlara daha yaxşı hazırlaşdıqlarını göstərdilər. Onlar 10 çəki dərəcəsinin 5-də çempion adını qazandılar. Bakı pəhləvanları 4 çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəldilər. Mərkəzi Ordu İdman Klubu isə birinciliyi bir qızıl medalla başa vurdu.Qaliblərə \ Zenit\ in diplomları, medalları və qiymətli hədiyyələr verildi.