Gənc tələbələr kuboku qazandı


Baxıldı : 247

Tarix : 2015-11-06 04:09:00


YAP-ın Nəsimi rayon təşkilatı oktyabr ayını gənclər ayı\ elan edərək bir sıra silsilə tədbirlər həyata keçirib.Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov bildirib ki, tədbirlər sırasına rayon ərazisində yerləşən universitetlər arasında futbol yarışlarının keçirilməsi də daxil idi. THİK sədrinin sözlərinə görə, yarışlarda 4 universiteti təmsil edən futbol komandaları mübarizə aparıb. İştirakçılardan biri də ATU-nun futbol komandası olub. İlk qarşılaşma Slavyan Universitetinin komandası ilə ATU-nun komandası arasında keçirilib. Yaxşı oyun sərgiləyən gələcəyin tibb işçiləri 3:1 hesabı ilə qalib gəlib və finala vəsiqə qazanıblar.Final mərhələsində isə ADNSU-nun tələbələrdən ibarət komandası ilə birincilik uğrunda mübarizə aparıb. Üstünlük Tibb Universitetinin gənc futbolçularında olub və bununla da matç 11:1 hesabı ilə onların xeyrinə yekunlaşıb. ATU-nun komandası yarışın qalibi olaraq kuboku qazanıb. AZƏR