Gənc taekvandoçuların inamlı qələbəsi


Baxıldı : 282

Tarix : 2015-12-05 05:16:00


Quba Olimpiya İdman Kompleksində taekvando üzrə uşaq, yeniyetmə və gənclər arasında açıq Quba birinciliyinə yekun vurulub. Yarışa paytaxt, eləcə də respublikanın bölgələrini təmsil edən 18 komanda qatılıb. 3 yaş qrupu üzrə keçirilən turnirdə 260 idmançı medallar uğrunda mübarizə aparıb. \ Zenit\ İdman Cəmiyyətinin yetirmələri də bu idman yarışında fərqlənə biliblər. 63 kq. çəki dərəcəsində mübarizə aparan Bəxtiyar Həsənov bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Xanmurad Süleymanov (30 kq.) ikinci, Hüseyn Yolçiyev (41 kq.) isə üçüncü olub. Qeyd edək ki, gənc idmançıları yarışa məşqçi Ramil Həsənov hazırlayıb. Qalib gələn komandalar kubok və fəxri fərmanlarla təltif olunub. İlk üç yeri tutan idmançılar respublika çempionatına vəsiqə qazanıb.AZƏR