Gənclər arasında işsizlik probleminin həlli


Baxıldı : 292

Tarix : 2015-01-10 04:33:00


Polşanın \ Solidarnost\ Həmkarlar İttifaqının Vloçlavik şəhəri üzrə nümayəndəliyi yeni ilə pensiya yaş həddinə çatmış bələdiyyə məmurlarının işdən azad edilərək layiqli istirahətə göndərilməsi tələbi ilə başlayıb. Bu yolla təşkilat gənclər arasında işsizlik problemini həll etmək istəyir.Şəhər Hİ-nin hazırladığı petisiya şəhər merinə təqdim olunub. Sənəddə bildirilir ki, bələdiyyə kadr ehtiyatına nəzər salmalı və gənclər üçün vakansiya elan etməlidir. Şəhər meriyası təklifə sərt reaksiya verib. Qeyd edək ki, pensiyaya çıxmaq məcburi deyil, sadəcə, bu, bir imtiyazdır. İşçinin faydalı olması onun yaşı ilə yox, ixtisas səviyyəsi ilə müəyyən edilir. Elçin ZAKİRİ