Gənclər arasında veloyürüş keçiriləcək


Baxıldı : 348

Tarix : 2015-01-31 05:07:00


Azərbaycan Gəncləri Günü münasibətilə gənclər arasında veloyürüş təşkil olunacaq. \ Gənclik veloyürüşü\ \ İrəli\ İctimai Birliyinin, \ Bakı-2015\ ilk Avropa Oyunlarının, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) və Dövlət Bayrağı Meydanının təşkilatçılığı ilə 2 fevral tarixində keçiriləcək. Veloyürüşün məqsədi sağlam həyat tərzi ilə bağlı gənclər arasında təbliğat aparılması, gənclərin asudə vaxtının səmərəli təşkili və onlara Azərbaycan Gəncləri Gününün əhəmiyyətinin aşılanmasıdır. Dövlət Bayraq Meydanından start götürəcək \ Gənclik veloyürüşü\ Azadlıq meydanında başa çatacaq. İstəyən hər bir gənc veloyürüşə qatıla bilər. Yürüşdə iştirak etmək istəyənər burada qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, velosiped idmanı \ Bakı-2015\ ilk Avropa Oyunlarının proqramına daxil edildiyi üçün idmanın bu növünün gənclər arasında təbliğinə də başlanılıb və bu məqsədlə mütəmadi olaraq belə yürüşlər təşkil edilir. TALEH