Gənclərə etimadın nümunəsi


Baxıldı : 202

Tarix : 2015-02-07 12:58:00


Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqı Komitəsi 2 Fevral-Gənclər Günü münasibətilə yığıncaq keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər.Həmkarlar İttifaqı Komitəsinin sədri Mehman İsmayılov yığıncağı açaraq gəncləri əlamətdar gün münasibətilə təbrik etdi. Onlara işlərində, şəxsi həyatlarında uğurlar arzuladı.AHİK sədrinin müavini Aqil Dadaşov çıxış edərək dedi: Bu günün təsis olunması təşəbbüsünü irəli sürməklə ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin diqqətini gənclərin problemlərinə çəkdi. Gələcək nəslin inkişafına qayğını təmin etdi. İqtisadi gücümüz artdıqca gənclərimizin də potensialı daha çox üzə çıxır, onlar cəmiyyətimizdə aparıcı qüvvəyə çevrilirlər”.A.Dadaşov oğlan və qızlara dövlət qayğısından danışarkən ölkə başçısı cənab İlham Əliyevin gənclərlə əlaqədar imzaladığı dövlət proqramlarını misal gətirdi. O, çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gənclər siyasətinə də yer ayırdı.Bildirdi ki, gənc nəslin təhsili, əyləncəsi, intellektual səviyyəsinin yüksəlməsi təşkilatımızın fəaliyyətinin prioritet sahələrindəndir. \ Biz həm də həmkarlar ittifaqının timsalında gənclərə etimadın nümunəsini göstəririk\ , - dedi. -Hesabat-seçkilərdə bütün strukturlar üzrə komitə üzvlüyünə, sədr, sədr müavini və sair vəzifələrə ən ləyaqətli təşkilatçılıq bacarığına malik savadlı oğlan və qızların seçilməsi artıq ənənə halını alıb. Konfederasiyanın özündə son illər gənc kadrların sayı dəfələrlə artıb”.Aqil müəllim Fövqəladə Hallar Nazirliyi Həmkarlar İttifaqı aparatında da gənclərin üstünlük təşkil etməsini dövlətimizin, həmkarlar ittifaqlarının gənclərə inamın konkret nümunəsi kimi dəyərləndirdi.Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gənclərə nazirliyin rəhbərliyinin təbrikini çatdırdı, ölkədə gənc nəslə göstərilən yüksək dövlət qayğısından danışdı. O, vurğuladı ki, gənc nəsil torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından nümunə götürməlidir. Azərbaycanın müstəqilliyini qorumaq və gələcək nəsillərə çatdırmaq kimi müqəddəs amala xidmət etməlidir.Tədbirdə həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Səbuhi Rzayev, Gənclər və İdman Nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov çıxış etdilər.Sonra FHN-in struktur bölmələrində çalışan, vəzifə borcunu yerinə yetirməkdə fərqlənmiş gənc əməkdaşlara Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu. Tədbir incəsənət xadimlərinin çıxışları ilə sona çatdı.B.RZAYEV