Gənclərin məşğulluğuna diqqət yetirilir


Baxıldı : 219

Tarix : 2015-11-13 03:59:00


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə birgə Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək\ pilot layihəsinin miqyasını genişləndirmək niyyətindədir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, ölkə əhalisinin 30%-ə qədərini təşkil edən gənclərin məşğulluğu aktual məsələlərdən biridir və yeni layihə bu baxımdan xüsusi önəm daşıyır. Ölkədə yeni-yeni iş yerlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin diqqətdə saxlanıldığını, yoxsulluğun səviyyəsinin endiyini qeyd edən nazir işsizlik probleminin həllinə xüsusi diqqət yetirildiyini deyib: Azərbaycanda işsizlik səviyyəsi 5%-dək enib ki, bu da dünya ölkələri arasında nümunəvi göstəricidir. Bununla belə, nəzərə alsaq ki, ölkədə 15-29 yaşda gənclər arasında bu göstərici 9,9%, 15-24 yaşda olan şəxslər arasında isə 13,5% təşkil edir, o zaman gənclərin məşğulluğunun aktual məsələ olduğunu qeyd etməliyik\ .S.Müslümov gənclərin məşğulluğu məsələsinin bütün dünya ölkələrinin gündəliyində mühüm yer tutduğunu qeyd edərək bildirmişdir ki, əsas problemlərdən biri ali təhsilli, ilk dəfə işaxtaran gənclərlə bağlıdır. Bu səbəbdən də ƏƏSMN BƏT-lə birgə bu məsələnin həlli istiqamətində sosial tərəfdaşlıq prinsipi əsasında pilot layihəyə başlayıb. Layihə bir tərəfdən gənc mütəxəssislərin təhsildən aktiv əməyə keçidini asanlaşdırır, digər tərəfdən isə ilk dəfə işaxtaranları subsidiyalı əməkhaqqı ilə işə qəbul edən işəgötürənləri təşviq edir. ELBRUS