Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış\ mövzusunda respublika konfransı


Baxıldı : 128

Tarix : 2016-11-14 12:33:00


Noyabrın 10-da Bakıda \ Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış\ mövzusunda gənclərin respublika konfransı keçirilib.Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, bu gün Azərbaycan gəncləri müxtəlif sahələrdə böyük uğurlar qazanır. Bu, bizim gənclərimizin gələcəyinə böyük ümidlərlə baxmağımıza əsas verir. Müstəqilliyin əvvəllərindəki gəncliklə bugünkü Azərbaycan gəncliyinin vəziyyətini müqayisə edən Prezidentin köməkçisi deyib: \ Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan gəncliyi ambisiyalı insanların girovuna çevrilərək hakimiyyət uğrunda mübarizəyə cəlb olunmuşdu. Gənclik milli, sinfi və digər ideoloji baxışlarına görə bir-birinə qarşı qoyulmuşdu. O dövrdəki hakimiyyət və cəmiyyət qarşıdurmasının təməlində gənclər dayanırdı. Azərbaycan parlamentinin sədri seçilən ümummilli lider Heydər Əliyevin 1993-cü ilin avqustunda gənclərlə görüşündə ilk dəfə olaraq gəncliyin mövcud vəziyyəti, ölkənin gələcəyində gəncliyin təmsil olunmasının əsas prinsipləri müzakirə edildi. Həmin görüşün müsbət nəticələri oldu. Ulu öndər Heydər Əliyev Prezident seçildikdən sonra imzaladığı ilk fərmanlardan biri də Gənclər və İdman Nazirliyinin yaradılması ilə bağlı idi. Beləliklə, gənclər siyasəti faktiki olaraq dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən birinə çevrildi\ .Sonrakı illərdə Azərbaycan gənclərinin qurultaylarının keçirildiyini, Gənclər Gününün təsis olunduğunu, bu sahədə dövlət proqramlarının, dövlət konsepsiyasının qəbul edildiyini, gənclər və idman siyasətinin dövlətin fəaliyyət istiqamətlərindən birinə çevrildiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, 2003-cü ildən sonra ölkəmizdə gənclərin inkişafı istiqamətlərinə və bu sahədə əldə olunan uğurlara diqqət yetirsək, Azərbaycan dövlətinin qarşısında duran əsas sahələrdən birinin gənclər siyasəti olduğunu görə bilərik. Ötən dövrdə Azərbaycan dövlətinə, xalqına bağlı, milli-mənəvi dəyərlərimizi, dilimizi, adət-ənənələrimizi bilən, çiynini bu dövlətin yükünün altına verməyə hazır olan vətənpərvər nəsil yetişib. Vətənpərvər nəsil olmadan millətin iradəsindən, onun bütün sahələr üzrə siyasətinin uğurundan danışmaq olmaz.\ Ümummilli lider Heydər Əliyev həmişə deyirdi ki, təkcə milli ruhlu, vətənpərvər, iradəli gəncliklə dünyada böyük uğurlar qazana bilmərik. Azərbaycan gəncliyi dünyada müasir elmin, təhsilin, texnologiyanın, inkişafın əsas trendlərinə yiyələnməli, rəqabətədavamlı olmalıdır. Azərbaycan gəncliyi dünya gənclərinin bütün sahələr üzrə əldə etdiyi nailiyyətləri mənimsəməli və ölkəmizə gətirməlidir. Bu baxımdan ümummilli lider Heydər Əliyevin dövründən başlayan və sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycan gənclərinin xaricdə təhsil alması siyasəti, dünyada mövcud yeniliklərə, müasir texnologiyalara yiyələnmək istiqamətində dövlətin verdiyi dəstək bu gün onu deməyə əsas verir ki, bizim gənclik bütün səviyyələrdə Azərbaycan dövlətini təmsil etməyə hazırdır və ölkəmizi uğurla təmsil edir\ , - deyə Əli Həsənov vurğulayıb.Ümummilli liderimiz həmişə deyirdi ki, əgər bir millətin gəncliyi sağlam yetişdirilirsə, o millətin gələcəyi etibarlı əllərdədir. Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirərək Azərbaycanın gələcəyini gənclərin timsalında tamamilə təmin edib. Azərbaycanın bundan sonrakı inkişafının əsas yükü gənclərin üzərinə düşür. Gənclərimiz artıq bu yükü qəbul etməyə hazırdırlar.Konfransda Gənclər və İdman naziri Azad Rəhimov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və başqalarının çıxışları dinlənildi. Sonda ölkəmizin ictimai-siyasi həyatında yüksək fəallıq göstərən paytaxt gənclərinin bir qrupuna Fəxri fərmanlar təqdim edilib.