Görünməmiş lovğalığın nümayişi


Baxıldı : 177

Tarix : 2015-12-12 06:13:00


Dünyanın bir çox beynəlxalq həmkarlar ittifaqı təşkilatları Madaqaskarda nikel hasilatı ilə məşğul olan Kanadanın \ Sherritt\ transmilli mədənçıxarma korporasiyasını qınayır. Buna səbəb şirkətin milyardlarla dollar gəlir gətirən \ Ambatovy\ şaxtasında yüzlərlə iş yerinin azaldılması problemini hökumətin vasitəçiliyilə həmkarlar ittifaqları ilə müzakirədən boyun qaçırmasıdır.Ölkənin baş nazirinə beynəlxalq və yerli həmkarlar ittifaqları tərəfindən edilən müraciətdən sonra hökumət \ Sherritt Ambatovy\ nin rəhbərliyinə həmkarlar ittifaqları və ictimai liderlər ilə görüşdə iştirak etməyi çağırmışdır. Lakin şirkət görüşdən imtina etmiş, işə məhkəmədə baxılması üçün müraciət ünvanlayacağını bildirmişdir.Bu ilin iyun ayında transmilli korporasiya \ Ambatovy\ İstehsalat Şurası ilə məsləhətləşmələr etmədən altı ay müddətinə yüzlərlə işçini nikel mədənindən kənarlaşdırmaqla Madaqaskar dövlətinin hüquqi prosedurlarını və əmək qanunvericiliyini pozmuşdur.Noyabrın 17-də şirkət işçilərin yalnız 10 faizinin işə qayıdacağını, ştatda olan 443 nəfərin, o cümlədən belə hallarda hüquqları qanunla qorunan həmkarlar ittifaqı təşkilatlarının liderlərinin də işdən azad olunacağını bildirmişdir. Ölkənin əmək qanunvericiliyinə əsasən, kütləvi ixtisarlar yalnız istehsalat şurası ilə məsləhətləşmələr aparıldıqdan sonra baş verə bilər. Şuraya isə öz növbəsində iş yerlərinin azadılmasının əhəmiyyətinin qiymətləndirilməsi üçün lazımi vaxt və informasiya təqdim edilməlidir. Lakin \ Ambatovy\ İstehsalat Şurasına belə bir məlumat verilməmişdir.Bundan əlavə, istehsalat şurası 17 noyabr tarixli iclasının protokolunu imzalamaqdan imtina etdikdən sonra \ Sherritt\ birtərəfli qaydada onunla fəaliyyətini dayandırmışdı. Mədənçıxarma Sənayesi İşçilərinin Həmkarlar İttifaqı FESATİ, habelə SVS və SEKRIMA həmkarlar ittifaqları bütün şaxtaçıların yenidən iş yerlərinə bərpa olunmasını tələb edir.İxtisarların baş verdiyi halda ümumilikdə 900 nəfərə yaxın insan iş yerini itirəcək. Dünya bazarında nikelin qiymətinin aşağı düşməsinə baxmayaraq, həmkarlar ittifaqları liderləri hesab edirlər ki, \ Sherritt\ ictimai qurumun ləğvi üçün vəziyyətdən istifadə etmək qərarına gəlib.Transmilli korporasiya hazırda yalnız xarici işçiləri və miqrantları, müvəqqəti müqavilələr əsasında yerli vətəndaşları işə götürür. \ Sherritt Canada\ işçilərinin maraqlarını təmsil edən UNİFOR Həmkarlar İttifaqı da Madaqaskarda həmkarlar ittifaqının ləğv edilməsindən əndişələnərək şirkətin mənzil qərargahına məktub göndərib.Beynəlxalq və yerli həmkarlar ittifaqlarının bəyanatında deyilir: \ Şirkət milli hökumətin dəvəti ilə həmkarlar ittifaqlarının liderləri ilə mübahisənin həll olunmasından boyun qaçıraraq görünməmiş lovğalıq nümayiş etdirib. Biz \ Sherritt\ ı danışıqlara başlamağa və ölkə qanunvericiliyinə riayət etməyə çağırırıq\ .Elçin ZAKİRİ