Görkəmli alim, fədakar həyat yoldaşı


Baxıldı : 232

Tarix : 2016-05-06 04:36:00


Quba Rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Oxuculara Xidmət Şöbəsinin oxu zalında görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov akademik Zərifə xanım Əliyevanın həyatı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Zərifə xanım oftalmologiya elminin inkişafında müstəsna xidmətləri ilə yadda qalıb.Sonra \ Şahdağ\ Qış-Yay Turizm Kompleksinin həkimi Mustafa Əsədullayev akademik Z.Əliyevanın tibb sahəsində əldə etdiyi nailiyyətlərdən və tibb elminə verdiyi töhfələrdən danışdı. Dedi ki, o, xidmətlərinə görə dövrünün ən yüksək mükafatlarından birinə - SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbax adına mükafata layiq görülüb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Quba Rayon Komitəsinin sədri Məhərrəm Hacıyev və başqaları da çıxış edərək Zərifə xanımın alim, fədakar ana, həyat yoldaşı kimi keyfiyyətlərindən danışdılar. Tədbirin sonunda \ Zərifə Əliyeva-93\ adlı sərgiyə baxış keçirildi. Bəyalı RZAYEV