Görkəmli rəssam Əyyub Hüseynovun yubiley sərgisi açılıb


Baxıldı : 346

Tarix : 2016-10-28 02:42:00


Oktyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar İncəsənət Xadimi, görkəmli rəssam Əyyub Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb.Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə rəssamın ailə kolleksiyasında, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin Fondunda saxlanılan əsərləri nümayiş olunub.Tədbirdə çıxışlar zamanı rəssamın həyat və yaradıcılığından, Azərbaycan rəssamlıq məktəbinə verdiyi töhfələrdən danışılıb.Rəssamın oğlu Elnur Hüseynov atasının xatirəsinə göstərdikləri diqqət və ehtirama görə tədbir təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə rəssamın təxminən 60 illik fəaliyyətinin məhsulu olan 55-dək boyakarlıq və qrafika əsəri təqdim edilib. Əsli ƏHMƏDOVA