İşəgötürən...


Baxıldı : 359

Tarix : 2015-12-05 05:32:00


İşəgötürən tərəfindən əmək müqaviləsi hansı hallarda ləğv oluna bilər?Şahmar MƏMMƏDOV,Şirvan şəhəri.- Işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvi 70-ci maddədə göstərilmişdir:müəssisə ləğv edildikdə;işçilərin sayı və ya ştatları ixtisar edildikdə;peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, və yaxud ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda(AR ƏM, maddə 70).Qeyd:\ Səlahiyyətli orqan\ dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir.47 yaşlı qohumum 22 ildir ki, ədliyyə orqanlarında xidmət edir. Rütbəsi kiçik ədliyyə müşaviridir (mayordur). Xəstəliyi ilə əlaqədar işdən çıxıb 3-cü qrup əlil olarsa, hüquq-mühafizə orqanı olmayan digər dövlət orqanında (dövlət qulluğunda) çalışa bilərmi? Çalışarsa, əlilliyə görə müavinətini tam şəkildə ala biləcəkmi? Orxan İSLAMZADƏ,Bakı şəhəri.- Ədliyyə orqanlarında xidmət edən qohumunuzun III qrup əlil kimi hüquq-mühafizə orqanı olmayan digər dövət orqanında çalışa bilməsi və buzamankı hüquqi statusu haqqında AHİK-in elektron ünvanına göndərdiyiniz sorğunuza cavab olaraq bildiririk:Respublikamızda vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı \ Əmək pensiyaları haqqında\ qanunla müəyyən edilir.Adıçəkilən Qanunun 37.3.2 maddəsinə (əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) əsasən işləyən əmək pensiyaçılarına əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissədən ibarət olmaqla ödənilir. Qanunun 13-cü maddəsində (əlilliyə görə əmək pensiyasının məbləği) deyilir ki, III qrup əlillərə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 55 faizi həcmində müəyyən edilir.Lakin bəzi kateqoriyadan olan əmək pensiyaçıları var ki, onların əmək pensiyalarına qulluq stajına görə əlavələr hesablanır. Xüsusi rütbələri olan ədliyyə işçiləri də bu kateqoriya işçilər qrupuna aiddir.Qanunun 20.1-ci maddəsində qulluq stajına görə əmək pensiyasına əlavələr ödənilən bu qrupdan olan əmək pensiyaçıları qeyd edilmişdir. 20.1.14 maddəyə əsasən, xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya əlil olmuş ədliyyə işçilərinə, eləcə də qohumunuza qulluq stajına görə əmək pensiyasına əlavə 22 il xidmətə görə hesablanacaq.Qanunvericiliyin tələbinə görə, 20.1.14 maddədə nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faizi həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Qohumunuz da əlilliyə görə əmək pensiyasını çalışdığı iş yerindən asılı olaraq alacaq.Qohumunuzun qulluq stajı 22 il olduğu üçün nəzərinizə çatdırırıq ki, qulluq stajına görə əlavə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün isə orta aylıq əməkhaqqının 5 faizi əlavə olunmaqla hesablanır (20.19.3 maddə).Sonda bir məqamı da bildirmək istəyirik. Qohumunuzun III qrup əlilliyə görə alacağı müavinət yox, əmək pensiyasıdır. Bir dövlət orqanına müraciət etmək istəyirəm. Bununla bağlı bilmək istəyirəm, müraciətin hər hansı bir forması olurmu, müraciətə aid qanunvericilikdə qayda nəzərdə tutulubmu, müraciətdə hökmən nələr qeyd olunmalıdır, mən nümayəndə vasitəsilə də müraciət edə bilərmmi?Səməd VƏLİYEV,Bakı şəhəri.- Birinci növbədə qeyd etmək lazımdır ki, sentyabrın 30-da \ Vətəndaşların müraciətləri haqqında\ qanun qəbul edildi. Sizin sualların hamısının cavabları bu qanunda öz əksini tapıb. Belə ki, həmin qanunda müraciətlərə aid bütün tələblər göstərilib. Müraciətin 3 növü var: təklif, ərizə, şikayət. Müraciət həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan təşkilatlara və yaxud onların vəzifəli şəxslərinə yazılı formada verilir, ya da şifahi bildirilir. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud elektron sənəd formasında göndərilir. Yazılı müraciətdə aşağıdakılar mütləq göstərilməlidir: 1) müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); 2) müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;3) müraciət nümayəndə vasitəsilə təqdim edildikdə nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.Müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciətlər anonim müraciətlər hesab edilir. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.Mənim qonşum II qrup əlil olmaqla Lənkəran Dövlət Universitetində ödənişli təhsil alır. Onun valideynləri heç bir yerdə işləmir və heç bir növ pensiya və yardım almırlar. Evdə də ondan əlavə məktəbli 1 bacısı və 1 qardaşı var. Yalnız o ozü 50 (əlli) manat pensiya alır.Bilmək istəyirəm, ali və orta ixtisas məktəblərində ödənişli təhsil alan aztəminatlı ailələrin əlillik dərəcəsi olan uşaqların ödənişlərində hər hansı güzəşt nəzərdə tutulubmu?Fərzəli ƏLİYEV,Yardımlı rayonu.-\ Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında\ qanunun 19-cu maddəsinə əsasən, 1990-cı ilin 19-20 yanvar Bakı hadisələrində, Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və konstituiya quruluşunun müdafiəsi zamanı I və II qrup əlil olmuş və ödənişli əsaslarla ali və orta-peşə ixtisas təhsili alan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.Əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü ildə imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqların təhsil müddəti ərzində təhsil haqqı 2014-2015-ci tədris iilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.Göründüyü kimi, hansı kateqoriyadan olan I və II qrup əlillərin və hansı kateqoriyadan olan vətəndaşların ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi dəqiqləşdirilmişdir.Sizin qonşunuzun oğlu qeyd edilən kateqoriyalardan heç birinə aid olmadığı üçün təhsil xərci dövlət büdcəsi hesabına ödənilə bilməz.