Gediş haqları artırılmaycaq


Baxıldı : 150

Tarix : 2016-09-08 04:49:00


Gediş haqları artırılmaycaqSon günlər ictimai nəqliyyatda gediş haqlarının artacağı ilə bağlı müxləlif xəbərlər yayılır. İddialara görə, sentyabr ayının 15-dən etibarən metro və avtobuslarda gediş haqqı 0.40 manat olacaq.Bəs, ictimai nəqliyyatda qiymət artımı nə qədər realdır?Məsələ ilə bağlı \ Bakı Metropoliteni\ QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, yeraltı nəqliyyatda sərnişindaşınmanın xərci ödəniş haqqından daha çoxdur: \ Bu, uzun illərdir ki, belədir. Sərnişinin ödədiyi pul sərnişindaşıma xərcini ödəmir. Ancaq qiymətlərin artıb və ya azalacağı ilə bağlı qərarı Tarif Şurası verir. Bakı Metropoliteni olaraq, biz Tarif Şurasına müraciət etməmişik\ .Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova da bununla bağlı Tarif Şurasına müraciət olunmadığını deyib: \ 2016-cı ildə kommunal sektorunda qiymətlər artdı. Nəqliyyat sektorunda yanacağın qiyməti dəyişmədiyinə görə, avtobuslarda qiymət artımı üçün əsas yoxdur\ . Azər MUSTAFAYEV