Gələcək işin təminatı üçün


Baxıldı : 48

Tarix : 2017-07-14 23:35:48


Avstraliyanın "CFMEU" Həmkarlar İttifaqı "Glencore"  şirkətində iş şəraiti təhlükəsizliyinin yetərli səviyyədə təmin edilməməsi və işçi birliklərinə təzyiqlə əlaqədar aksiya təşkil edib. Aksiyaya ölkənin hər yerindən ittifaqın üzvləri qatılıb. Mitinq iyulun 11-də "Queensland" bölgəsinin mərkəzi rayonu olan Tieridə şirkətə məxsus "Oaky Nort" mədənində çalışanlara dəstək üçün başladılıb. Yerli əhali də işçiləri dəstəkləyib.

"CFMEU"  həmkarlar ittifaqının sədri Toni Maher bildirib ki, şirkət yeni razılaşmaya əsasən, maaşları azaltmağı, təhlükəsizlik və tibbi xərcləri minimuma endirməyi planlaşdırır. Son iki ayda işçilər bu haqsızlığa qarşı mübarizə aparırlar. İndi isə bu sektorda çalışanların birləşməsinin zamanı gəlib".

İttifaqın bölgə üzrə nümayəndəsi Stephan Smit məsələ ilə bağlı deyib ki, bu, sadəcə, Tieri üçün mübarizə deyil: "Ölkənin hər yerindən bütün sektorlardan işçilər sistemdəki çatışmazlıqlara qarşı birgə hərəkət edir."Glencore" şirkəti əmək müqaviləsində işçilərin birliklərə üzv olmaq hüquqlarının azaldılması, müddətli müqavilə ilə çalışanların saat hesabının nəzərə alınmaması, işçilərin maaşlarından tutulan qonaqlama məsrəflərinin artırılması kimi maddələrin qəbuluna nail olmağa çalışır".

"CFMEU"nun bölgə üzrə baş katibi şirkətin on illər boyu işçi hüquqlarını tapdaladığını diqqətə çatdıraraq gələcəkdə etibarlı işin təminatı üçün aksiya iştirakçılarını bu mübarizədə möhkəm olmağa çağırıb.

İndustriALL Qlobal İttifaqının baş katibi Valter Sançez şirkətin məsələ ilə bağlı mövqeyini tənqid edib. Onları qısa müddətdə danışıqlar masasına oturmağa və razılaşma əldə olunmasına çağırıb.

Cavid SƏFƏROV