Gələcəkdə prioritet nə olacaq?


Baxıldı : 39

Tarix : 2018-10-06 04:48:14


Rusiya Elmlər Akademiyasının Sibir Filialının İqtisadiyyat və Sənaye Mühəndisliyi İnstitutunun əməkdaşları Sibir bölgəsində alternativ elektrik enerjisi istehsalına başlayıblar.

Alimlər iqtisadi proseslərin modelləşdirilməsi və təhlili üçün müvafiq şərtləri incələdikdən sonra Sibirdə ənənəvi (kömür, qaz) və bərpa olunan (günəş, külək) enerji mənbələrində stansiyalarını araşdırıblar. İlk növbədə Sibirdə elm sahəsinə görə “Gusinoozerskaya GRES”, “Krasnoyarskaya GRES” və “Koş-Ağşskaya SES”, “Bichurskaya SES” istilik stansiyaları araşdırılır.

Tədqiqatçılar regionun gələcək enerji inkişafı üçün prioritetləri müəyyənləşdirmək niyyətindədirlər. Bunun üçün enerji ehtiyatlarının çıxarılması üçün hər bir stansiyanın iqtisadi səmərəliliyini bilmək, onun məzmunu, yaranan enerji payının miqdarını, işçi potensialını, keyfiyyət və kəmiyyət qiymətləndirilməsini ön planda tutacaqlar. Alimlər ətraf mühit təşkilatları ilə əlaqəli şəkildə bu araşdırmanı aparmağı və nəticələrini ictimaiyyətlə bölüşməyi düşünürlər. Bütün məlumatları ümumi məxrəcə gətirilib üstün və mənfi cəhətlər müqayisə ediləcək.

Araşdırmaçılar doğru məlumatlar və yüksək keyfiyyətli analitiklərin köməyi olmadan, kö

mür, qaz, günəş və ya külək kimi alternativ elektrik mənbələrinin kəşf edilməsinin proqnozlarını verməyin mümkün olmayacağını deyiblər. Yaxın gələcəkdə əldə edilən nəticələr isə dünyada yeni bir platformanın yaranmasına şərait yarada bilər (publika.az).