Gələn ilin dövlət büdcəsi qəbul olunub


Baxıldı : 57

Tarix : 2019-11-29 19:01:26


Noyabrın 29-da Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilib.

İclasda Baş Nazir Əli Əsədov da iştirak edib. İclası Milli Məclisin Sədri Oqtay Əsədov açaraq gündəliyi təqdim edib. Milli Məclisin plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat, xərcləri isə 26 milyard 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

İclasda Azərbaycan Respublikasının yeni ombudsmanının seçilməsi ilə bağlı məsələ də müzakirə olunub.

Milli Məclis Sədrinin müavini, İnsan Hüquqları Komitəsinin sədri Bahar Muradova bu vəzifəyə namizədlər barədə məlumat verib. Səsvermə yolu ilə Səbinə Əliyeva Azərbaycan Respublikasının yeni Ombudsmanı seçilib.

İclasda Azərbaycanda 2020-ci il üçün yaşa

yış minimumunun məbləği məlum olub. Bu, büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib.

Sənəd müzakirəyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Eyni zamanda büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində nəzərdə tutulur.