Gənc cüdoçular arasında Azərbaycan birinciliyi və qarışıq komanda yarışları keçirilib


Baxıldı : 290

Tarix : 2020-03-14 17:25:57


Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində gənc cüdoçular arasında Azərbaycan birinciliyi və qarışıq komanda yarışları keçirilib.

İki gün davam edən respublika birinciliyində paytaxt və bölgələrdən 51 komandanın tərkibində 367 idmançı (311 oğlan, 56 qız) qalib adı uğrunda mübarizə aparıb.

Fərdi yarışlarda “Atilla” İdman Klubunun yetirmələri də yüksək nəticə göstəriblər.

Oğlanların mübarizəsində 73 kq. çəki dərəcəsində Rəşid Məmmədəliyev ( 73 kq.) bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəşad Baxşəliyev ( 60 kq.) ikinci, Əli Sadıqov ( 55 kq.) və Ruslan Nəsirli ( 100 kq.) üçüncü pillədə qərarlaşıblar. Fuad Abbaslı ( 60 kq.), Bəxtiyar Məmmədov ( 90 kq.) və İlkin Baxşəliyev ( +100 kq.) yeddinci olublar.

Xanım idmançıların mübari

zəsində Südabə Ağayeva (-63 kq.) birinci, Günel Bəkirzadə ( -57 kq.) üçüncü yeri tutublar. Rəvanə Kərimova (+78 kq.) isə yeddinci olub.

Qeyd edək ki, gənclərin komanda yarışları ilk dəfə təşkil olunub.

Kişilər 73, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 48, 57, 63 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar. Yarışın qalibi “Judo club 2012” komandası olub. “Atilla” 2-ci, “Sumqayıt” klubu isə 3-cü yeri tutub.

Qaliblərə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar təqdim olunub.