Gənclər arasında sorğu və onun nəticələri


Baxıldı : 48

Tarix : 2019-09-06 19:15:18


Avropa İctimai Xidmətlər Birliyi (EPSU) Gənclər Şəbəkəsi Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər və Avropa Gənclər Fondu (EMF) ilə birlikdə “Gənc işçilər: işə, həmkarlar ittifaqlarına və cəmiyyətə münasibət” mövzusunda məruzə nəşr etdirmişdir. Məruzə 2019-cu ilin əvvəlindən Avropada 1 milyondan çox gənc arasında keçirilmiş sorğu əsasında hazırlanmışdır.

Nəticələri oxuculara təqdim edirik:

- Respondentlərlə əmək müqaviləsi bağlanıb. Gənclər arasında qeyri-standart məşğulluğun artmasına baxmayaraq onlar faktiki həftədə 35 saat işləyirlər.

- Toplanan məlumatlar məşğulluğun təhlükəsizliyi və güvənliliyi ilə bağlı narahatlıqların qaldığını göstərir.

- Gənc işçilər (24 yaş və daha kiçik) və tələbələr standart əmək müqaviləsinə üstünlük verirlər.

- Gənclərin həmkarlar ittifaqlarına daxil olmağının əsas səbəbləri bunlardır: əməkhaqqının və iş şəraitinin yaxşılaşdırılmasında, işdə problemlərin aradan qaldırılmasında həmkarlar ittifaqının onlara dəstək göstərəcəyinə inam.

- Rəyi soruşulanlardan 19 faizi həmkarlar ittifaqlarına qoşulmamasının səbəbini bu barədə onlardan xahiş olunmaması ilə izah edir. 18 faiz isə etiraf edib ki, belə bir cəhd göstərməyi düşünməyib.

- Passiv üzvlərin nə vaxtsa sıradan çıxacaqları şübhə doğurmur. Sıralarını qoruyub saxlamaq üçün həmkarlar ittifaqı yeni üzvlərin cəlb olunması istiqamətində fəal təşkilati işlər aparmalıdır.

Bu cavablar həmkarlar ittifaqlarında təşkilatlanmanın gücləndirilməsinin vacibliyini ortaya qoyur.