Gənclər bizim sabahımızdır


Baxıldı : 198

Tarix : 2018-02-03 22:21:16


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Şəki Rayon Komitəsi 2 Fevral - Gənclər Günü ilə əlaqədar yığıncaq keçirmişdir. Yığıncaqda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənc müəllimlər və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan TİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva gənclərin ölkənin inkişafında rolunun danılmaz olduğunu, gənclərimizin ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini söyləmişdir. Demişdir ki, gənc nəslin təlim-tərbiyəsində təhsil sahəsində çalışan gənc müəllimlərin böyük rolu var.

Təhsil şöbəsinin müdir müavini Elxan Abdullayev gəncləri təbrik etmiş, onlara tövsiyələrini vermişdir.

Daha sonra gənc müəllimlərdən Könül İlyasova, Zaur Müslümov, Sərvər Məmmədov, Günel Mustafayeva və başqaları çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər. Sonda bir qrup gənc ittifaq üzvünə hədiyyələr təqdim olundu.

Tədbir süfrə arxasında davam etdirildi.