Gənclərin məşğulluq  imkanlarının yaxşılaşdırılması 


Baxıldı : 58

Tarix : 2020-10-17 14:14:31




Cenevrədə  Beynəlxalq Əmək Təşkilatı (BƏT) və UNİCEF  arasında bacarıqların inkişafı üzrə yeni anlaşma memorandumu imzalanıb. Sazişi BƏT-in Baş direktoru Qay Rayder və UNİCEF-in icraçı direktoru Henrietta For imzalayıb. Anlaşma memorandumu hər iki qurum arasında əməkdaşlığı gücləndirməklə təhsil alan gənclərin işə düzəlmə imkanlarını yaxşılaşdıracaq. Müxtəlif ölkələrə asanlıqla uyğunlaşan və birgə həyata keçirilə bilən bir sıra tədbirlər təklif edir.
Saziş BMT-nin gənclər üçün layiqli iş yerləri üzrə Qlobal təşəbbüsünü də birləşdirir. 
Memorandum 2030-cu ilə qədər olan dövr üçün Davamlı İnkişaf Gündəliyinin məqsədlərini də dəstəkləyir. Xüsusilə davamlı inkişaf sahəsində 4-cü məqsəd “inklüziv və ədalətli keyfiyyətli təhsilin təmin edilməsi və bütün həyat boyu hamı üçün tədris imkanlarının təşviq edilməsi” məqsədi daşıyır.
Tədbirdə çıxış edən Qay Rayder bildirib: “Mən UNİCEF ilə təhsil və bacarıqların səviyyəsini yüksəltmək məqsədilə yeni tərəfdaşlığımızı alqışlayıram. Bu, xüsusilə COVID-19 kontekstində gənclərin məşğulluq perspektivlərinin yaxşılaşdırılması və məktəbdən işə keçməsi üçün birgə tədbirlərə dair açıq öhdəlikdir.  Anlaşma memorandumu-2030-cu ilə qədər olan dövr üçün gündəliyə dəstək məqsədilə bütün həyat boyu təlimin irəli aparılmasına yönəlmiş sıx əməkdaşlıq planıdır”.
H.For isə deyib: “Biz bilirik ki, əməkdaşlıq mühüm əhəmiyyət daşıyacaq və dünyanı yenidən düşünmək çox vacib olacaqdır. Təhsil və bacarıqlar böyük dəyişikliklər edə biləcəyimiz sahələrdir. Misilsiz bir fürsətimiz var - hər cəmiyyətdəki hər bir uşağa çatmaq üçün texnologiyanı qabaqlamağımızı təmin edəcək bir şey. Bu, dünyamızın əvvəllər görmədiyi bərabər səviyyədə oyun şəraiti yaradacaqdır. Bura UNICEF və BƏT-in aktiv şəkildə işləyə biləcəyi bir sahədir”.