“Gender bərabərliyi, əmək hüquqları və elm”


Baxıldı : 42

Tarix : 2019-11-25 05:26:48


AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi, əmək hüquqları və elm” mövzusunda konfrans keçirilib.

Akademiyanın əsas binasında baş tutan tədbirdə elmi müəssisələrin həmkarlar ittifaqı təşkilatlarının, eləcə də qadınlar şuralarının sədrləri iştirak ediblər.

Konfransı AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov açaraq ölkəmizdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı məsələlərə daim xüsusi önəm verildiyini bildirib. Qeyd edib ki, kişilər və qadınlar arasında hüquq bərabərliyi Azərbaycan Respublikasının Konstitusiyasında birmənalı şəkildə əksini tapıb, eləcə də ölkəmizdə bu sahədə bir sıra beynəlxalq sazişlər ratifikasiya edilib, gender bərabərliyi və məişət zorakılığı ilə mübarizə üzrə qanunlar qəbul olunub. 2018-ci ildə akademiyada Qadınlar Şurası yaradılıb.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış edərək qadınların AMEA-nın elmi-ictimai həyatındakı rolundan və fəaliyyətindən danışıblar.

Sonda fəlsəfə üzrə fəlsəfə doktoru Mahrux Nəcəflinin “Azərbaycan elminin gender mənzərəsi” və hüquq üzrə fəlsəfə doktoru Bəhruz Kərimovun “Azərbaycan Respublikası Əmək Qanunvericiliyində qadın hüquqları” mövzularında məruzələri dinlənilib.

Məruzələr ətrafında müzakirələr və çıxışlar oldu.