Gender bərabərliyi müzakirə olundu


Baxıldı : 132

Tarix : 2018-02-24 00:52:05


Mərakeşdə keçirilən Beynəlxalq Təhsil Birliyi (BTB) Ümumdünya Qadınlarının III Konqresində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin nümayəndə heyəti də iştirak etmişdir.

Dünyanın müxtəlif ölkələrindən təxminən 700 nümayəndənin qatıldıgı bu tədbirdə Beynəlxalq Təhsil Birliyinin baş katibi Fred van Leuven, prezidenti Susan Hopqud və Avropa Regionu üzrə direktoru Susan Floken və digər fəxri qonaqlar iştirak etmişlər.

Tədbirdə təhsil müəssisələrində liderlik, gender problemləri, sağlam daxili mühitin yaradılmasında həmkarlar ittifaqlarınn iştirakı, uşaq əməyinin istismarı, kənd yerlərində erkən nikah və digər aktual məsələlər əsas  müzakirə mövzusu olmuşdur.

Konfrans Birliyinə gender bərabərliyi komissiyasının üzvləri üçün təşkil olunmuş sessiyalarla işini davam etdirmişdir. İngilis, ispan və fransız dilləri üzrə qruplar üzrə aparılan sessiyalarda Beynəlxalq Təhsil Birliyi ilə üzv təşkilatlar arasında gender komissiyalarının əlaqələndirilməsi və gücləndirilməsi, müasir dünyada qadınların statusunu tədqiq etmək, təhsildə qızları və qadınları irəli çəkmək və onların hüquqlarını artırmaq kimi məsələlər müzakirə edilmişdir.

Məlumat üçün qeyd edək ki, konfransı keçirməkdə əsas məqsəd bərabərlik uğrunda hərəkatda Beynəlxalq Təhsil Birliyinə üzv olan təşkilat nümayəndələrini bir araya gətirmək, onların təcrübələrini bölmələri üçün imkanlar yaratmaq olmuşdur.

Səfər  zamanı BTB-nin Avropa Regionu üzrə direktoru Susan Floken TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür. Görüşdə S.Floken bu ilin may ayında Gender Bərabərliyi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransa ev sahibliyi edəcəyi üçün ATİAHİ RK-nın sədri Səttar Möhbalıyevə dərin təşəkkürünü bildirmişdir. Ona yenidən AHİK-in sədri seçilməsi münasibətilə təbriklərini çatdırmağı xahiş etmişdir.

 Bəyalı RZAYEV