Gender bərabərliyinin qorunması müəssisələrdə inkişafa təkan verən am


Baxıldı : 194

Tarix : 2019-06-07 12:40:49


Beynəlxalq Əmək Təşkilatının İşəgötürənlər Bürosu gender bərabərliyinə əməl olunan müəssisələrdə mənfəətin və fəallığın daha yüksək olduğu qənaətinə gəlib . Büronun hazırladığı hesabatda 70 ölkədən 13000 müəssisədə aparılan araşdırmanın nəticələri qeyd olunub. Müəssisələrin 57 faizində gender bərabərliyi təşəbbüslərinin işin nəticələrini yaxşılaşdırdığı göstərilib. İdarəçilikdə gender bərabərliyinin izləndiyi  yerlərin 75 faizində 5-20 faiz gəlir artımı müşahidə olunub.

Bundan başqa, hesabatda  gender bərabərliyinə əməl olunmasının  yaradıcılıq və yenilikçiliyə də müsbət təsir etdiyi, müəssisələrin 35 faizində müştərilərə xidmət səviyyəsinin də gender bərabərliyinə görə yaxşılaşdığı göstərilib.

Hesabatda 1991-2017-ci illərə nisbətən son iki ildə bölgələrdə qadınların əmək sektorunda yerinin möhkəmlənməsi də qeyd olunub.

BƏT-in İşəgötürənlər Bürosunun müdiri Deborah Frans Massin deyib ki, sorğu hazırlayarkən nəticə əldə edəcəyimizi bilirdik, lakin  verimlilikdə və əmək münasibətlərində bu qədər müsbət dəyişiklik bizi daha çox sevindirdi. Şirkətlər 2-3 faizlik dəyər və qazanc üçün fərqli yollara baş vururlar. Təkcə çalışanların seçimində gender bərabərliyinə əməl olunması ilə  5-20 faizlik artım işəgötürənlərin də diqqətini cəlb edir. İdarəetmədə cinsi bərabərlik hər iki cins üçün 40-60 faiz  olaraq hesablanır. Hesabat üçün aparılan sorğuda iştirak edənlərin 50 faizində ümumi işçi sayında  cinsi bərabərliyə əməl olunsa da, onların idarəetmə hissəsinin yalnızca 30 faizə qədərini qadınlar tutur. Qadınların idarəetmədə sayının çoxalmasını əngəlləyən çalışma saatları,  analıq məzuniyyəti kimi faktorlar var ki, hökumətlər iş və sosial tarazlığı qoruyan siyasi yollar seçməlidirlər. Qadınların iş yerlərində vəzifəsinin yüksəldilməsi də kişilərə nisbətən bir sıra maneələrlə qarşılaşır. Hesabatda göstərilən müəssisələrin 78 faizinin icraçı direktorları və yüksək vəzifəli işçiləri kişilərdən təşkil olunub. Qadınların idarə etdiyi iş yerləri isə əksəriyyətlə kiçik müəssisələrdir. Qlobal iqtisadiyyatda müvəffəqiyyətli olmaq istəyən şirkətlər və biznes təşkilatları gender bərabərliyinə əməl etməlidirlər.

CAVİD