Gender problemlərinin əsas istiqamətləri


Baxıldı : 112

Tarix : 2017-12-15 21:57:02


 

Noyabrın 28-dən dekabrın 5-dək Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Həmkarlar ittifaqları və gender problemləri: əsas istiqamətlər" mövzusunda treninq keçirilib.

Gender məsələləri üzrə komissiyaların 113 nəfər fəalının iştirak etdiyi treninqin proqramına aşağıdakı mövzular daxil olub: "Azərbaycanda gender problemləri: həmkarlar ittifaqının bu istiqamətdə rolu və yeri", "Ana və uşaq sağlamlığının qorunması", "Ailə məsələləri və reproduktiv sağlamlıq: müasir reallıqlar və perspektivlər", "Təhsil və tərbiyədə gender yanaşmasının aktuallığı", "Cinsi mənsubiyyətə görə ayrı-seçkilik nədir?". "Gender bərabərliyinin (kişi və qadın) təminatları haqqında", "Qadınlar və əmək qanunvericiliyi: izahlar, dəyişikliklər, yeniliklər", "Qadınlara qarşı zorakılıq: müasir vəziyyət, faktlar və əks təsirin strategiyaları", "Pensiya təminatının gender aspektləri".

Bu mövzularda olan məruzələr ətrafında gedən diskussiyalarda aparıcı qismində AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov və AHİK-in mütəxəssisi Afaq Yusifova da iştirak ediblər.

Məşğələlərə dəvət olunmuş təcrübəli mütəxəssislər - Səhiyyə Nazirliyi Elmi- Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdirləri Taleya İbrahimova və Elgün Səfərov iştirakçılara dolğun məlumat veriblər.

Təlimlərin sonunda "Hİ gender bərabərliyi və qadın problemləri üzrə komitənin və komissiyaların üzvlərinin işinin təşkili" mövzusunda təcrübə mübadiləsi aparılıb. Təcrübə mübadiləsi zamanı dinləyicilər həmkarlar ittifaqları daxilində bu işin təkmilləşdirilməsi üçün bir sıra təklif və tövsiyələrini bildiriblər.