Gəzinti maraqla qarşılanıb


Baxıldı : 38

Tarix : 2019-09-06 18:53:55


Ədliyyə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsi, kollektiv mədəni istirahətinin təşkili üçün silsilə tədbirlər təşkil olunur.  Belə tədbirlərin davamı kimi, ölkəmizin dilbər guşələrindən sayılan Göygöl rayonunda “Göygöl Lake Resort” İstirahət Mərkəzinə növbəti gəzinti səfəri təşkil olunub.

Səfər zamanı təşkil olunan intellektual oyunlar, musiqili-əyləncəli proqramlar, habelə Göygöl və Maralgölə ekskursiya, Nizami məqbərəsinin ziyarət edilməsi  maraqla qarşılanıb. 

Eyni zamanda, Gəncə şəhərində yerləşən, yüksək peşəkarlıqla inşa olunmuş və memarlıq üslubu ilə seçilən Heydər Əliyev Mərkəzi ilə yaxından tanışlıq ədliyyə işçilərində zəngin təəssürat yaradıb.

Zəngin səfər proqramı ilə təşkil olunmuş ekskursiya ədliyyə əməkdaşlarına xoş təsir bağışlayıb.