Görünməz olacaq


Baxıldı : 50

Tarix : 2017-11-04 04:17:14


Ultrabənövşəyi şüa altında görünən "ağıllı" mürəkkəbi spirtlə görünməz etmək olar.

Çinin kimyaçı alimləri məxfi məlumatların yazılması üçün yeni növ görünməyən "ağıllı" mürəkkəbdən istifadə etməyi təklif ediblər.

Alimlər tərəfindən sinaq məqsədilə yazılan yazını yalnız ultrabənövşəyi lampa altında, xüsusi reagentin köməkliyi ilə oxumaq və spirt vasitəsilə tamamilə görünməz etmək mümkün olub.

Qurğuşun əsaslı mürəkkəb yalnız xüsusi reaktivin iştirakıyla ultrabənövşəyi şüa altında görünür. Bununla yanaşı, yazını daşıyıcını zədələmədən üzvi həllediciylə (məsələn, metanol) yox etmək də mümkündür. Yazının həllolma prosesi cəmi 10 dəqiqə çəkir. Bununla yanaşı, bu prosesi geriyə döndərmək də olur: aktivləşdirici reagent sözügedən mürəkkəblə yazılmış yazını ultrabənövşəyi şüa altında görünən edir. Aktivləşdirmə və deaktivləşdirmə prosesini 20 dəfə təkrar etmək mümkündür.

Azər MUSTAFAYEV