Gözəl qamətin mənbəyi


Baxıldı : 95

Tarix : 2017-05-26 23:52:27


Maytake göbələyi dünyanın ən qiymətli və bahalı göbələklərindən biri hesab edilir. Orta əsrlərdə Çində onun çəkisinin qiyməti gümüşün qiymətinə bərabər tutulurdu. Göbələyin diametri yarım metrə, çəkisi 4 kiloqrama çatır.

Gündoğar ölkədə maytakeni gözəl qamət göbələyi hesab edirlər və yerli əhalinin inamına görə, yapon xanımlar məhz onun sayəsində füsunkar qamətə sahib olurlar.

Maytakenin tərkibindəki beta-qlükanlardan ən güclüsü qrifolan hesab edilir və onun xərçəng hüceyrələrinə çox güclü təsir edən yeddi göbələkdən biri olduğu məlumdur. Onun adı beş ölkənin rəsmi dərman siyahısına daxil edilib.

Göbələyin spesifik xüsusiyyəti var və əsasən süd vəzi, uşaqlıq, yumurtalıq, prostat vəzi, sidik kisəsi xəstəliklərində və bağırsaq xərçəngi əleyhinə daha yaxşı təsir göstərir. Şüa terapiyası və törəmələrə cərrahi müdaxilədən sonra maytake göbələyi ilə az vaxtda bərpa prosesini təmin etmək olur. Kimyəvi terapiya ilə yanaşı, göbələkdən istifadə müalicə prosedurunun səmərəsini artırır və onun bütün təsirləri elmi araşdırmalarda təsdiq olunub.

Azər MUSTAFAYEV