Google”dan yeni xidmət


Baxıldı : 252

Tarix : 2015-01-17 13:33:00


ABŞ mərkəzli texnologiya nəhəngi Google”ın tərcümə xidməti Google Translate”, yeni xüsusiyyəti sayəsində fotoşəkili mətnə çevirərək bunları istənilən dilə tərcümə edə bilir.Artıq restorantdakı menyular və şəhərlərdəki ünvan lövhələri istənilən dilə çevrilə biləcək. Google Translate”in bu yeni tətbiqi ilə anlaşılmayan sözlərin fotoşəkilləri çəkilərək istifadə ediləcək.Bu yeni tətbiq üçün internet əlaqəsi də lazımlı olmayacaq. Beləcə, istifadəçilər xaricdə bahalı olan internetə girmək məcburiyyətində qalmayacaq.CAVİD