“Güc bilikdədir” adlı intellektual mübarizə


Baxıldı : 172

Tarix : 2018-04-14 01:36:56


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Mətanət A” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə 10 Aprel İnşaatçılar Gününə həsr olunmuş “Güc bilikdədir” adlı intellektual yarış keçirilib. İntellektual yarışda universitetin bütün fakültələri və inşaat kolleci də daxil olmaqla ümumilikdə 8 komanda qalibiyyət uğrunda mübarizə aparıb.

AzMİU THİK-in sədr müavini Şahmar Rəfili yarışın qaydaları haqqında komanda üzvlərini məlumatlandırıb, onlara uğurlar arzulayıb.

Yarış iki mərhələdən ibarət olub. Birinci mərhələni keçən komandalar finala vəsiqə qazanıblar.

İntellektual yarışın qalibi nəqliyyat fakültəsinin “Ağdağ” komandası olub.  İkinci yerə ST və MKS fakültəsinin “Blokpan” , üçüncü yerə isə MİT fakültəsinin “Mətanət A” komandaları çıxıb.

Yarışın qaliblərinə kubok, pul mükafatı, sertifikatlar və hədiyyələr verilib.

Azər MUSTAFAYEV