Güclü mübarizəyə ehtiyac var


Baxıldı : 213

Tarix : 2018-01-05 22:52:45


"Unite" Həmkarlar İttifaqı Böyük Britaniyada "korporativ tamahkarlıq"la bağlı xəbərdarlıq edib. Kadrların İnkişafı üçün Nizamnamə İnstitutunun apardığı araşdırmaya əsasən, bu gün yüksək vəzifədə çalışan idarəçilərin maaşları ilə işçilərin əməkhaqqısı arasında fərqin artması narahatlıq yaradır. Araşdırma zamanı məlum olub ki,  100 şirkətin rəhbərinin hər birinin illik qazancı təxminən 4,5 milyon funt-sterling təşkil edir. Bu da ölkədə minimum əməkhaqqı ilə çalışanın qazancından 120 dəfə çoxdur.

BMT-nin baş katibinin köməkçisi Stiv Tuner məsələ ilə bağlı bildirib ki, idarəçilərin işçinin bir ildə qazandığı maaşı 3 gündə əldə etməsi həm qanunvericiliyə ziddir, həm də gələcəkdə böyük problemlərin yaranmasına gətirib çıxarar: "Böyük Britaniyanın baş naziri  Teresa May çıxışında məsələnin nə dərəcə təhlükəli vəziyyətə gəlməsindən danışdı. Lakin hökumətin buna qarşı real atılacaq addımları barədə fikir bildirmədi. Son illərdə kooperativ tamahkarlığın artmasına aşağı maaşla təhlükəli işlərə insanların daha çox cəlb edilməsinə şərait yaranmasıdır.  Əməkhaqqındakı qeyri-bərabərsizlik və işçilərin istismar olunması bu gün bir çox sektorda ortaq problemdir. İngiltərədə şəffaflıq və iş yerində ədalətin bərpası üçün güclü mübarizəyə ehtiyac var. İdarə heyəti ilə çalışanlar arasında maaş fərqinin  getdikcə artmasına son qoyulmalıdır. Bunu öncə bu qurumlardan hökumət tələb etməli və məsələnin həllini nəzarətdə saxlamalıdır".

Cavid SƏFƏROV