Güləş üzrə dünya çempionatında ikinci oldu


Baxıldı : 77

Tarix : 2019-09-27 17:36:16


Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçirilib.

Sərbəst güləşçilərin yarışında ölkəmizi təmsil edən yığmamızın kapitanı Cəbrayıl Həsənov 79 kq. çəki dərəcəsində mübarizəyə qoşulub. “Zenit” İdman Cəmiyyətinin yetirməsi ilk görüşdə Ukrayna güləşçisini məğlub edərək 1/4  finala adlayıb. Bu mərhələdə yerli idmançını da yenərək yarımfinala vəsiqə qazanıb. Slovakiyalı rəqibinə şans verməyərək ardıcıl ikinci dəfə dünya çempionatının finalında iştirak hüququna sahib olub. Final qarşılaşmasında amerikalı Kayl Dayka məğlub olan Cəbrayıl növbəti dəfə gümüş medal qazanıb.