Gümüş medal qazanıb


Baxıldı : 39

Tarix : 2019-08-09 17:36:53


Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçirilib. Yunan-Roma güləşi üzrə yığmamız mundialda uğurlu çıxış edib. Sofiyaya yollanan 8 güləşçidən 5-i fəxri kürsüyə qalxıb. Nihat Məmmədli (55 kq.) və Laçın Vəliyev (92 kq.) dünya çempionu olub. Ziya Babaşovla (48 kq.) Elmir Əliyev (51 kq.) gümüş, Fərid Sadıxlı (45 kq.) isə bürünc medal qazanıb.

“Pəhləvan” İdman Klubunun yetirməsi Elmir Əliyev ilk mərhələni argentinalı rəqibini məğlub etməklə başa vurub. EYOF-un qalibinin qarşısında misirli idmançı da tab gətirə bilməyib. Elmir Rumıniya təmsilçisinə də qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz finala yüksəlib. Elmir həlledici görüşdə İran pəhləvanı ilə qarşılaşıb və minimal fərqlə uduzaraq gümüş medala sahib olub.

Güləşçimiz yarışa respublikanın əməkdar məşqçisi Elnur Müzəffərovun rəhbərliyi altında hazırlaşıb.