Gündə üç fincan qəhvə içmək insanı nədən qoruyur?


Baxıldı : 376

Tarix : 2018-01-05 22:46:58


Gündə üç fincan qəhvə içmək insanı diabet, ürək-damar xəstəlikləri, demensiya (ağıl zəifliyi) və xərçəngdən qoruyur. "British Medical Journal" dərgisinin yazdığına görə, dünya səviyyəsində aparılan araşdırma çox qəhvə içən insanlarda diabet, ürək-damar xəstəlikləri, demensiya və bəzi xərçəng xəstəliklərinə daha az rast gəlindiyini üzə çıxarıb.

Alimlər, hamilə qadınlar istisna olmaqla, gündə üç-dörd fincan qəhvə içmənin bir çox faydasının olduğunu söyləyiblər.

İngiltərənin Southapmton Universitetinin elm adamları 200-dən artıq tədqiqatın nəticələrinə və dünya üzrə aparılan 17 klinik araşdırmaya əsasən, gündə üç-dörd fincan qəhvə içən insanlarda içməyənlərə nisbətən qaraciyər, ikinci tip diabet, demensiya, podaqra xəstəliklərinə, öd kisəsində daşlara daha az rast gəlindiyini, erkən ölüm, ürək-damar sistemi və xərçəng xəstəlikləri (prostat vəzi, endometrial, dəri və qaraciyər xərçəngi) risklərinin isə az olduğunu qeyd ediblər.

Azər MUSTAFAYEV