Günəş sistemində bənzərsiz kəşf


Baxıldı : 55

Tarix : 2017-09-23 00:44:51


Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar.

Kometaların xüsusiyyətlərini daşıyan iki eyniölçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə "288P" adı verilib. "288P"nin eyni zamanda kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib.

Elm adamları ikili asteroid sisteminin, sadəcə, 5 min ildir mövcud olduğunu təxmin edirlər.

Azər MUSTAFAYEV