Güləş üzrə Azərbaycan çempionatında


Baxıldı : 54

Tarix : 2019-03-04 04:30:16


“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan çempionatı keçirilib. Ölkə çempionatında Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları (AHİT) İctimai Birliyinə daxil olan idman cəmiyyətlərinin güləşçiləri də fərqləniblər.

***

“Zenit” İdman Cəmiyyətinin yetirmələri yeniyetmələrin sərbəst güləş üzrə qarşılaşmasında 6 medal qazanıblar. Abdurrəhman İbrahimov (45 kq.), Mircavad Nəbiyev ( 48 kq.), Rəhman İmanov ( 51 kq.) və Məhəmməd Aydayev ( 71 kq.) ikinci, Ayxan Verdiyev (45 kq.) və Şövqü Süleymanlı ( 55 kq.) isə üçüncü yerləri tutublar.

Gənclər arasında keçirilən sərbəst güləş üzrə yarışlarda Samir Məmmədov ( 65 kq.) və Araz Əliyev ( 97 kq.) ikinci, Ruhan Məmmədov ( 74 kq.), Rəcəb Nurayev( 70 kq.) və Məmməd Nuriyev (70 kq.) isə üçüncü yeri tutublar.

Gənc yunan-Roma güləşçilərinin mübarizəsində cəmiyyətin dörd yetirməsi fərqlənib. Niyaz Arzumanov (67 kq.) bütün rəqiblərinə qalib gələrək birinci olub. Elxan Quluzadə ( 130 kq.) ikinci yeri tutub. Cavid Abdullazadə (77 kq.) və Fəqan Cəfərli (97 kq.) üçüncü nəticə göstəriblər. 

Xatırladaq ki, ölkə çempionatında “Zenit” İdman Cəmiyyətinin paytaxt təmsilçiləri ilə yanaşı, Sumqayıt və Gəncə şəhər şuralarının yetirmələri də uğurla çıxış ediblər. Güləşçilərin yarışa ciddi hazırlaşmasında, müvəffəqiyyət əldə etməsində məşqçi-müəllimlər Cavid Qurbanzadə, Akif Qurbanov, Samir Məmmədov, Səbuhi Məmmədov, Vusal Axundov, Amil Abdullayev və Əbülfət Məmmədov böyük rol oynayıb, xüsusi səy göstəriblər.  

***

“Pəhləvan” İdman Klubunun güləşçiləri Azərbaycan çempionatında iki qızıl medal qazanıb. Fuad Mayılov ( 86 kq.) və Asxab Həmzətov ( 92 kq.) gənc sərbəst güləşçilər arasında ən güclü olublar.

Yeniyetmə sərbəst güləşçilərin qarşılaşmasında Hüseyn Ağayev ( 110 kq.) ikinci yerə layiq görülüb. 

Yeniyetmələrin yunan-Roma güləşində Mehdi Hacıyev ( 67 kq.) ikinci yeri tutub.

***

“Məhsul” İdman Cəmiyyətinin yetirməsi Zaur Nuriyev də ölkə çempionatının qalibləri arasında yer alıb. O, 63 kq. çəki dərəcəsində gənc yunan-Roma güləşçilərinin mübarizəsində yüksək nəticə göstərərək  birinci olub.