Güləşçilərimizdən bir qızıl və bir bürünc medal


Baxıldı : 170

Tarix : 2018-06-22 23:02:05


Macarıstanın Györ şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında  Avropa çempionatı keçirilib. Çempionatda iştirak edən kiçikyaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. 

Yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medala, sərbəstlər 1 gümüş və 3 bürünc medala sahib olublar. 

Qızıl medalı yunan-Roma güləşi üzrə yarışlarda “Pəhləvan” İdman Klubunun yetirməsi Elmir Əliyev qazanıb. 52 kq. çəki dərəcəsində mübarizəyə qoşulan Elmir bütün rəqiblərindən üstün olub və Avropa çempionu adına layiq görülüb.

Sərbəst güləşçilərin mübarizəsində bürünc medal qazanan Varis Mehdizadə (75 kq.)  “Məhsul” İdman Cəmiyyəti Sabirabad Rayon Şurasının yetirməsidir. Məşqçi-müəllim Seyfulla Mehdizadənın yetirməsinin bu uğuru onun nümunəvi məşq prosesinin nəticəsidir.

Azər MUSTAFAYEV