Gümüş medal ilə kifayətlənib


Baxıldı : 95

Tarix : 2018-06-13 23:08:54


Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatı sona çatıb. Yığmamız çempionatı ümumilikdə 7 medalla başa vurub.

Avropa çempionatında sərbəst güləş üzrə yarışda  iştirak edən “Zenit” İdman Cəmiyyətinin yetirməsi Əfqan Xaşalov (57 kq.) 1/4 finalda ukraynalı Taras Markoviçlə qarşılaşıb. Görüşdə qələbə qazanan güləşçimizin yarımfinalda rəqibi Almaniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Əfqan finala yüksəlib. Finalda isə Rusiya idmançısına uduzaraq çempionatın gümüş medalı ilə kifayətlənib. Məşqçi-müəllim Cavid Qurbanzadənin yetirməsi beynəlxalq yarışlarda uğur seriyasını davam etdirməkdədir.

Azər MUSTAFAYEV