Gümüş medal qazanıb


Baxıldı : 38

Tarix : 2018-05-12 03:35:34


Aprelin 12-16-da Çexiyanın paytaxtı Praqa şəhərində sambo güləşi üzrə yeniyetmələr və gənclər arasında Avropa birinciliyi keçirilib. Avropa birinciliyində iştirak edən “Zenit” İdman Cəmiyyətinin samboçusu Vüqar Ağcayev də uğurlu çıxışı ilə yadda qalıb. Məşqçi-müəllim Yaqub Abdullayevin yetirməsi 75 kq. çəki dərəcəsində mübarizəyə qoşulub.  Finala qədər irəliləyib, yalnız son görüşündə uduzan Vüqar sambo güləşi üzrə yeniyetmələr arasında təşkil olunan yarışın gümüş medalını qazanıb.

 

Azər Mustafayev