Hədəf Bakıdır\ Los-Ancelesdə nümayiş olunub


Baxıldı : 252

Tarix : 2016-05-20 04:13:00


Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə çəkilən \ Hədəf Bakıdır: Hitler neft uğrunda döyüşü necə uduzdu\ sənədli filminin ABŞ-ın Los-Anceles şəhərində premyerası keçirilib.Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, premyera faşizm üzərində qələbənin 71 illiyinə həsr olunub. Tədbirdə çoxsaylı qonaqlar, o cümlədən kimya üzrə Nobel mükafatı laureatı Arie Uorşel, müxtəlif ölkələrin baş konsulları və konsulluq əməkdaşları, Azərbaycan, yəhudi və digər icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev İkinci Dünya müharibəsində ədalətin zəfər çalmasında Azərbaycan və azərbaycanlıların həm ön, həm də arxa cəbhədə misilsiz xidmətlərinin olduğunu vurğulayıb.N.Ağayev həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətindən danışaraq Qarabağ müharibəsində Ermənistan ordusunun azərbaycanlılara qarşı törətdiyi cinayətlərin nasistlərin cinayətlərindən o qədər də fərqlənmədiyini, bəzi hallarda daha da dəhşətli olduğunu vurğulayıb. Çıxışlardan sonra filmin nümayişi keçirilib.C.SƏFƏROV