Hökumət başçısı ilə görüşmək istəyiblər


Baxıldı : 255

Tarix : 2015-02-21 04:51:00


Polşanın paytaxtı Varşavada baş nazirin dəftərxanasının qarşısında təxminən 5 minədək polşalı fermer piket keçirib. Onlar hökumət başçısı ilə görüşün keçirilməsini istəyiblər. Etiraz aksiyası Polşa fermer təsərrüfatları həmkarlar ittifaqları tərəfindən təşkil olunub. Tətillər ölkənin müxtəlif bölgələrində avtomobil yollarının bağlanması və piketlərlə başlayıb. Fermerlər xəbərdarlıq ediblər ki, şəhər bələdiyyəsindən icazə alaraq hökumət binasının qarşısında çadır düşərgəsi quracaqlar. Elçin ZAKİRİ