Hökumət tələbləri dinləyəcək


Baxıldı : 256

Tarix : 2015-02-28 03:16:00


Braziliyanın 26 ştatının 9-da yük maşınlarının sürücüləri ölkənin nəqliyyat arteriyaları sayılan əsas magistral yollarını bağlayaraq aksiya keçiriblər. Bununla onlar ödənişli yollarda gediş haqqının yığılmasına və yanacağın qiymətinin artmasına qarşı mövqelərini bildiriblər.Polislə danışıqlardan sonra tətil iştirakçıları yalnız fərdi avtomobilləri, təcili tibbi yardım maşınlarını və avtobusları buraxmağa razılaşıblar. Aksiyada iştirak etməyən digər yük maşınlarının sürücülərinə gediş qadağan edilib. Bu bir çox yaşayış məntəqələrində yanacaq və ərzaq məhsulları təchizatının pozulmasına səbəb olub.Hökumət təcili müşavirə keçirərək nəqliyyat şirkətlərinin və yük maşınları sürücülərinin həmkarlar ittifaqı üzvlərinin tələblərini dinləmək qərarına gəlib.Elçin ZAKİRİ