Həm şənləndilər, həm də evə bahalı hə diyyələrlə qayıtdılar


Baxıldı : 203

Tarix : 2015-01-10 04:07:00


Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı növbəti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü yenə özünəməxsus, əyləncələrlə zəngin tərzdə keçirdi. İttifaq dekabrın 30-da sahənin 350 nəfərdən çox fərqlənən işçisini \ Ay işığı\ şadlıq sarayına dəvət etmişdi. Sarayın bər-bəzəkli zalında düzülmüş stolları Azərbaycan mətbəxinin tamlı nemətləri bəzəyirdi. Ağsaqqal Şaxta baba, gözəl Qar qız stol-stol gəzir, şux zarafatları ilə qonaqların, necə deyərlər, kefinə kef qatırdı. Peşəkar musiqiçilərdən ibarət ansamblın ifa etdiyi milli musiqilər, rəqslər yaşlıların zövqünü oxşayır, gəncləri rəqsə ruhlandırırdı. Tədbir iştirakçılarına təkcə dadlı nemətlərdən dadmaq, mənəvi qida almaq bəxş olunmamışdı, onları həm də qiymətli hədiyyələr gözləyirdi. Məişət və elektrik avadanlıqlarından ibarət olan hədiyyələri isə təşkil olunmuş lotereya oyununun qalibləri ala biləcəkdilər. Aldılar da. Onu da deyək ki, mərasimin əvvəlində İttifaqın sədri Akif Məmmədov qısa giriş sözü söylədi. İştirakçıları, onların timsalında təsərrüfatın bütün işçilərini əlamətdar günlər münasibətilə təbrik etdi, hər birinə ilboyu həmrəylik, uğurlu günlər arzuladı.ASC sədrinin birinci müavini Teyyub Cabbarov da bu təbrikə qoşuldu. O, cəmiyyətin prezidenti Qorxmaz Hüseynovun salamlarını və xoş diləklərini tədbirə toplaşanlara çatdırdı. Natiqlər işçilərə göstərilən qayğıdan, cəmiyyətin həyata keçirdiyi layihələrdən və gələcək planlardan danışdılar.Akif müəllim qeyd etdi ki, biz heç bir ittifaq üzvünü bayram sevincindən kənarda qoymamışıq. Respublikanın istənilən bölgəsində fəaliyyət göstərən strukturların hər bir işçisinə bayram sovqatları göndərmişik. Aztəminatlı işçilərimizin ailələrini də unutmamışıq.Bayram şənliyində \ Azərsu\ ASC-nin investisiya layihələrində çalışan əcnəbi işçilər də az deyildi. Əcnəbi işçilərin şənlikdə iştirakı bir tərəfdən qonaqpərvərlikdən irəli gəlirdisə, digər tərəfdən təbliğat xarakteri daşıyırdı. Təbii ki, əcnəbi işçilər tədbirdə iştirak etməklə xalqımızın adət-ənənələrinin, həyat tərzinin və sairənin bilavasitə şahidi olacaqdılar.Mərasim üzərində \ 2014-2015. Yeni iliniz mübarək\ sözləri həkk olunmuş tortun kəsilib paylanması ilə başa çatdı.***Ənənəsinə sadiq qalaraq Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının bir qrup əməkdaşı 2014-cü ilin də son günlərini kimsəsiz, əqli cəhətdən kəm uşaqların sakini olduğu ünvanlarda keçirdi. İttifaqın və \ Azərsu\ ASC-nin məsul işçilərinin daxil olduğu bu qrup Yeni il bayramı ərəfəsində Saray, Şüvəlan və Şağan qəsəbələrində məskunlaşdırılmış fiziki və əqli cəhətdən qüsurlu uşaqların qonağı oldu. Hələ ziyarət ərəfəsində həmkarlar ittifaqının vəsaiti hesabına həmin ünvanlarda süfrələr açdırıldı. İttifaqın təmsilçiləri ora özləri ilə nəğməli qonaqlar gətirdilər. Təxminən bir-iki saat ərzində şən musiqilər səsləndi. Qrup üzvləri uşaqlarla rəqslər etdilər. Gətirdikləri hədiyyələri payladılar. Görüş zamanı sakinlərin istək, arzuları, ehtiyacları öyrənildi. Növbəti görüşdə ziyarətlərinə hansı hədiyyələrlə gələcəkləri müəyyənləşdirildi.R.BƏYALI