Həmkarlar ittifaqı fəaliyyətinin əsas istiqamətlərindən biri...


Baxıldı : 278

Tarix : 2015-01-10 03:59:00


həm qadın, həm də kişilər üçün müxtəlif məsələlərdə nəzarətin artırılmasıdırYerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV Məclisi olmuşdur. Məclis \ Sahə müəssisə və təşkilatlarda qadınların əmək hüquqları və sosial-iqtisadi mənafelərinin qorunmasında kollektiv müqavilənin rolu haqqında\ məsələyə baxmışdır. Tədbirdə RK-nın sədri Telman Hacıyev məruzə ilə çıxış etmişdir. O, demişdir: \ 2013-2018-ci illər üçün həmkarlar ittifaqının fəaliyyətinin əsas istiqamətlərindən biri də həm qadın, həm də kişilər üçün yeni əhəmiyyət kəsb edən əməkhaqqı, sosial təminat və digər məsələlərdə nəzarətin artırılmasıdır. Xidmət etdiyimiz müəssisə və təşkilatlarda 7200 qadın çalışır, bu da həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 31%-ni təşkil edir.2014-cü il ərzində Respublika Komitəsində, Sumqayıt, Mingəçevir və Gəncə şəhər komitələrində, eləcə də qadınların sayı çoxluq təşkil edən təşkilatlarda, Yaşıllaşdırma Təsərrüfatı Birliyi, \ Bakıelektrikşəbəkə\ ASC-də və sair təşkilatlarda gender problemi üzrə yaradılmış komissiyalar öz iş planlarına uyğun fəaliyyət göstərmişlər. Respublika Komitəsi tərəfindən Lənkəran, Cəlilabad, Salyan şəhərlərində \ İş yerlərində qadınların gender diskriminasiyasına qarşı mübarizə\ , \ İş yerlərində bərabər imkanlar yaradılması istiqamətində həmkarlar ittifaqının rolu\ , \ Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu\ mövzularında seminarlar keçirilmişdir. Bu tədbirlərdə 210 nəfərə qədər işçi iştirak etmişdir. Əsas diqqət gender bərabərliyi, iş yerlərində qadınlara qarşı ayrı-seçkiliklə mübarizə, qadınların həmkarlar ittifaqı orqanlarında təmsil olunması üçün şəraitin yaradılması və digər məsələlərə yönəlmişdir. Bakı şəhərində yerləşən iri sahə müəssisələrində və regionların mənzil-kommunal təsərrüfatı idarələrində çalışan qadınlar üçün iş yerləri yaxşılaşdırılmış, əlavə istilik sistemləri quraşdırılmış, istirahət yerləri, əlavə sanitar-məişət qovşaqları tikilmişdir. Qadın işçilər lazımi xüsusi geyim və ayaqqabı ilə tam təmin edilmişdir\ . Məruzədə sahə həmkarlar ittifaqı liderlərinin qarşısına növbəti dövr üçün fəaliyyət istiqamətlərindən də danışılmışdır: Həmkarlar ittifaqı tələb etməlidir ki, qadınların kişilərlə bərabər sosial təminatı olsun. Çox zaman müəssisələrdə kollektiv müqavilələrin bağlanmasında kişilər cavabdeh olur. Bu da kollektiv müqavilələrdə qadınların sosial problemlərinin müdafiəsinin əks olunmasında çətinlik yaradır. Rəhbərlər daha çox kişilərə aid məsələləri önə çəkir, həll etməyə çalışır”.Natiq sözünə davam edərək demişdir: Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə qadın əməyinin tətbiqi qadağan olunan, zərərli və ağır iş yerlərinin siyahısı təsdiq olunub. Həmkarlar ittifaqları işəgötürənlər tərəfindən bu qərarın icrasına nəzarəti diqqətdə saxlamalıdır. Həm kişi, həm də qadınların səhhətinə mənfi təsir göstərən ağır şəraitli iş yerlərinin ixtisar olunması və yaxud onların modernləşdirilməsi, yeni təhlükəsiz texnologiyalarla əvəz edilməsi barədə dövlət və işəgötürən qarşısında tələblər qoymalı, tələblərinin icrasına nail olmağa çalışmalıdır”.Məruzədə təəssüflə qeyd olundu ki, biz heç də bütün yerlərdə işəgötürənlərin işçilərə humanist münasibətini görmürük.Məsələn, rayon yaşıllaşdırma, kommunal və təmizlik üzrə müəssisələrin qadın işçiləri açıq səma altında və təhlükəli nəqliyyat yollarında çalışdıqlarına baxmayaraq, xüsusi geyim, ayaqqabı və siqnal jileti, soyunub-geyinmə və yemək hazırlamaq üçün otaqlarla lazımi səviyyədə təmin olunmayıblar. Mövcud otaqlar isə sanitariya normalarına cavab vermir. Bu sahələrdə, əvvəllər olduğu kimi, işlər ən aşağı səviyyədə mexanizmləşdirilib. Respublikanın cənub bölgəsində gənc qadınlar ağır şəraitdə çalışırlar.İşləyən qadınların qanunvericiliklə təsbit olunmuş hüquq və mənafelərini bilməməsi, bu barədə informasiya qıtlığının mövcudluğu həmkarlar ittifaqlarının da məsuliyyətini artırır.Biz belə şəraitdə işləyən qadınlara onların hüquq və mənafelərini öyrətməliyik. Bu maarifləndirmə yüksək təşkilati və sistematik qaydada aparılmalıdır. Eləcə də onların maraqları müxtəlif səviyyədə müdafiə olunmalıdır. Məruzədə qeyri-formal iqtisadiyyatda çalışan qadınların həmkarlar ittifaqı sıralarına cəlb edilərək hüquqlarının müdafiəsində durmaq təşəbbüsü də irəli sürüldü.Məruzə ətrafında Respublika Komitəsinin Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyasının sədri Zenfira Hüseynova, sahə Hİ Sumqayıt Şəhər Komitəsinin sədri Təranə İbrahimova, \ Bakıelektrikşəbəkə\ ASC Həmkarlar İttifaqı Komitəsinin sədri Ramiz Zeynalov və başqaları çıxış etmişlər.Sonda mövzu ilə bağlı qərar qəbul olunmuşdur.B.RZAYEV