Həmkarlar ittifaqının fəallığı...


Baxıldı : 171

Tarix : 2015-01-10 04:05:00


bədbəxt hadisələrin qarşısının alınmasına gətirib çıxaracaqDekabrın 25-də \ Kənd-Qida-İş\ Hİ Federasiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birgə \ İş yerlərində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi üzrə təhlükəsizlik tələbləri\ mövzusunda Salyan şəhərində növbəti zona seminarı keçirmişdir. Seminarı \ Kənd-Qida-İş\ Hİ Salyan Rayon Komitəsinin sədri Svetlana Səfərova açdı.Giriş sözü ilə çıxış edən Federasiyanın sədr müavini Təhmasib Əliyev və 11 saylı ərazi üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Azad Məmmədov seminarın əhəmiyyətini, gündəlikdə qoyulmuş məsələlərin aktuallığını vurğuladılar. Kənd təsərrüfatı və emal sənayesinin intensiv inkişafını, aqrokimyəvi maddələrdən istifadənin vacibliyini, bu sahədə çalışan işçilərin peşə xəstəliklərinə tutulma ehtimalının böyük olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdılar.Sonra Federasiyanın baş texniki əmək müfəttişi Anar Tağıyevin \ Kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqı təşkilatının rolu\ mövzusunda məruzəsi dinlənildi. Məruzə ətrafında geniş müzakirələr aparıldı. Ümumi fikir bu oldu ki, bütün bu nəzərdən keçirdiyimiz məsələlərin düzgün həll edilməsi, ictimai nəzarət funksiyasını həyata keçirən həmkarlar ittifaqının fəallığı müəssisə, idarə və təsərrüfatlarda işçilərin hüquqlarının qorunmasına, zərərli və təhlükəli istehsalat amillərinin, peşə xəstəliklərinin azalmasına, baş verə biləcək hər hansı bir bədbəxt hadisənin qarşısının alınmasına gətirib çıxaracaq.Seminarın gedişində tədbir iştirakçılarına yeni normativ-hüquqi aktlar və yeni çapdan çıxmış əməyin mühafizəsinə dair kitablar təqdim edildi.Məlumat üçün bildirək ki, seminar ərəfəsində Federasiyanın məsul işçiləri Salyan və Biləsuvar rayonlarında sahə müəssisə və təşkilatlarına getmişlər. Orada əməyin mühafizəsi vəziyyəti ilə tanış olmuşlar. İşçiləri maraqlandıran məsələlərin həllində onlara yardımçı olmuşlar. Müəssisə rəhbərlərinə əməyin mühafizəsinə dair iradlarını bildirmiş və onların aradan qaldırılması üçün tövsiyə xarakterli məsləhətləri vermişlər.B.RZAYEV