Həmrəyliyə sadiqlik bir daha ifadə edilmişdir


Baxıldı : 180

Tarix : 2015-11-20 04:53:00


Böyük Britaniyanın Birmingem şəhərində \ Goodyear\ Amerika şin istehsalı şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən müəssisələrində çalışan insanları təmsil edən həmkarlar ittifaqı təşkilatlarının liderlərinin görüşü keçirilmişdir. Tədbirdə qlobal həmkarlar ittifaqı həmrəyliyinə sadiqlik bir daha ifadə edilmişdir.Görüş şin istehsalçısının Vulverhempton şəhərində fəaliyyət göstərən zavodunun bağlanması barədə qərarının qəbul olunması ərəfəsində təşkil edilmişdir. Bu müəssisədəki işçilərin maraqlarını qoruyan və İngiltərənin ən böyük həmkarlar ittifaqı sayılan \ Unite\ təşkilatı hesab edir ki, bütün imkanlar tükəndikdən sonra zavodun bağlanması haqda qəti qərar qəbul etmək lazımdır. \ Goodyear\ ın Vulverhemptonla 90 illik bağlılığı var, zavod Şimali Amerika hüdudlarından kənarda şirkətin ilk müəssisəsi olub.Tədbirdə \ Unite\ nın regional katibi Jerar Koyn çıxış etmişdir. O, zavodun bağlanması səbəbləri barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, həmkarlar ittifaqı \ Goodyear\ ın Britaniya nümayəndəliyi ilə zavodun bağlanmasına dair rəsmi məsləhətləşmələr keçirib. Vulverhemptonda istehsala xitam verilməsi haqqında qərarı öyrənmək və qiymətləndirmək üçün müstəqil araşdırmanın təşkil olunması tapşırılmışdır.Görüş zamanı şirkətin Kolumbiyadakı müəssisəsində həmkarlar ittifaqı ilə rəhbərlik arasında gedən kollektiv danışıqların dalana dirəndiyi və bu səbəbdən işçilərin müddətsiz tətilə çıxdıqları barədə geniş məlumat verilmişdir.Həmkarlar ittifaqı şəbəkəsinin həmrəylik əlaməti olaraq qəbul etdiyi bəyanatında bildirilir: \ Qlobal həmkarlar ittifaqı şəbəkəsi etiraz edən kolumbiyalı işçilərlə çiyin-çiyinə çıxış edərək müəssisə rəhbərliyini danışıqlar masasına oturmağa və xoşməramlı ruhda dialoq aparmağa çağırır\ .Tədbirin gedişində həmkarlar ittifaqı şəbəkəsinin nümayəndələri şin sənayesində baş verən qlobal tendensiyaları, iqtisadi durum, investisiya və məşğulluq kontekstində \ Goodyear\ şirkətində olan cari vəziyyəti təhlil etmişlər. Dünyanın müxtəlif ölkələrində yerləşən müəssisələrdə həmkarlar ittifaqlarının vəziyyəti barədə məlumatları bölüşmüşlər. Görüşün sonunda gələcəkdə qlobal şəbəkənin möhkəmləndirilməsi istiqamətində atılacaq addımları müəyyənləşdirilmişdir.Məlumat üçün bildirək ki, \ Goodyear\ işçilərinin qlobal həmkarlar ittifaqı şəbəkəsi 1999-cu ildə yaradılmışdır və 16 ölkədən 100 təşkilatı birləşdirir.Elçin ZAKİRİ