Hüquqların daha effektiv qorunması


Baxıldı : 222

Tarix : 2015-02-14 04:27:00


Transmilli şirkətlərdə çalışan işçilərin və orada fəaliiyət göstərən həmkarlar ittifaqlarının hüquqlarının daha effektiv qorunmasına nail olmaq üçün İndustriALL Qlobal İttifaqı beynəlxalq çərçivə sazişlərinin standartlarını gücləndirib.Tunisdə keçirilən İndustriALL-ın İcraiyyə Komitəsinin iclasında daimi işçi qrupunun təklifi əsasında beynəlxalq çərçivə sazişlərinin yeni idarəetmə prinsipləri müəyyənləşdirilib. Bu prinsiplər transmilli şirkətlərin təchizat sistemində çalışan insanların hüquqlarının qorunmasına xidmət edən danışıqların miqyasını, qlobal razılaşmaların məzmun və həyata keçirilməsini genişləndirir.Qlobal İttifaqın baş katibi Yurki Rayna deyib: \ İndustriALL əmindir ki, çərçivə sazişləri transmilli şirkətlərdə, eləcə də onların törəmə qurumlarında həmkarlar ittifaqlarının yaradılması və əmək münasibətlərinin yaxşılaşdırılması üçün əsas vasitədir. Sazişin möhkəmlənməsi məqsədi ilə müntəzəm prosedurlar həyata keçirilib. Yanvar ayında Davosda \ Total\ şirkəti ilə imzalanmış çərçivə sazişinin timsalında buna əmin olmuşuq\ .Yeni idarəetmə prinsiplərinə əsasən beynəlxalq çərçivə sazişlər:o transmilli şirkətlərin dünya üzrə bütün filiallarının istisnasız olaraq əhatə edilməsini;o beynəlxalq şirkətlər tərəfindən tədarükçülərin və subpodratçıların bu standartları qəbul edib, öz işçilərinə qarşı tətbiq edilməsinə səy göstərməsini; o həmkarlar ittifaqlarına ədalətlə davranma öhdəliyinə qarantiya verilməsini, onların əleyhinə hər hansı bir fəaliyyətin aparılmamasına, işçilərin həmkarlar ittifaqı təşkilatlarına üzv olmaları, qalmaları və çıxmaları haqqında qərarlarına bitərəf mövqe göstərmələrini;o həmkarlar ittifaqı nümayəndələrinə iş yerlərinə sərbəst daxil olmalarının təmin edilməsini;o səmərəli icra mexanizmi və nəzarətin saxlanılmasını, həmçinin mübahisələrin məcburi həlli prosedurunun ehtiva edilməsini ozündə əks etdirir.Bundan əlavə, beynəlxalq çərçivə sazişlər BƏT-in konvensiyalarında yer alan geniş istinadlara və hüquqların təminatına əsaslanmalıdır, o cümlədən:o Birləşmə azadlığı və kollektiv danışıqların aparılması haqqında (87 və 98 saylı konvensiyalar)o Diskriminasiya haqqında (100 və 111 saylı konvensiyalar)o Məcburi əmək haqqında (29 və 105 saylı konvensiyalar)o Uşaq əməyi haqqında (138 və 182 saylı konvensiyalar).Bundan başqa, beynəlxalq çərçivə sazişləri transmilli şirkətlərin müəssisələrində çalışan peşə üzvlərinin əksəriyyətini təmsil olunduğu IndustriALL-ın üzv həmkarlar ittifaqları tərəfindən təsdiq edilməlidir.İmzalanma prosesindən sonra sənəd lazımi dillərə tərcümə edilməli və işəgötürülən bütün insanlar üçün əlçatan olmalıdır.Qeyd edək ki, İndustriALL Qlobal İttifaqı sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən 44 transmilli şirkət ilə beynəlxalq çərçivə sazişi imzalayıb.Elçin ZAKİRİ