Hər birinin lider olmaq şansı vardı


Baxıldı : 270

Tarix : 2015-10-23 03:42:00


Yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyi də FHN-in 10 illik yubileyi münasibətilə təşkil olunmuşdu. Birinciliyin final yarışlarına zona mərhələsində qalib gəlmiş 13 komanda qatılmışdı. Bu komandaların hər biri 10 nəfərdən çox idmançıdan ibarət idi. Təxminən 150 idmançı 3 mərhələdə (təlim qülləsinə qalxmaq, 100 metrlik maneə zolağını dəf etmək, döyüş açılışı) qüvvəsini sınamışdır. İştirakçılar əsl komanda oyunu nümayiş etdirmişlər. Yarışların gedişi göstərirdi ki, hər bir komandanın qalib gəlmək imkanı var.Birincilik başa çatan gün Dövlət Yanğından Mühafizə Xidmətinin İdman-Məşq Kompleksində təntənəli mərasim keçirilmişdir. Mərasimdə Xidmətin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov, FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək yanğınların söndürülməsində tətbiq edilən döyüş hərəkətləri kompleksindən ibarət olan yanğın-xilasetmə idman növünün inkişaf etdirilməsinin, bu sahəyə əməkdaşların daha çox cəlb olunmasının vacibliyini vurğulamışlar.Sonra komanda üzrə qaliblər elan olunmuşdur. Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsi qalib adına layiq görülmüşdür. II yeri Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin, III yeri isə Nəsimi rayon DYMH-nin komandası tutmuşdur.Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov, FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, yanğın-xilasetmə idmanı üzrə respublika birinciliyinin baş hakmi - Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin müavini, daxili xidmət polkovniki Rasim Kərimov tərəfindən qaliblərə medal və diplomlar, qiymətli hədiyyələr təqdim edilmişdir.Əhəd İBADOV